[b]Qol duelinin məğlubu "Qəbələ" oldu - YENİLƏNİB[/b]
29.09.2016 - 20:51
[b]Qol duelinin məğlubu "Qəbələ" oldu - YENİLƏNİB[/b]

“Qəbələ” Avroliqanın qrup mərhələsi çərçivəsində bu gün növbəti görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” Bakıda Almaniyanın “Maynts” klubunu qəbul ediblər.

 

İlk turda səfərdə “Anderlext”lə bacarmayan “Qəbələ” dəfə də azarkeşlərini sevindirə bilməyib. Cari mövsümdə Avroliqanın hər 4 təsnifat mərhələsində doğma meydanda qalibiyyətə sevinən “Qəbələ” bu ənənəni də davam etdirə bilməyib.

 

Görüşə yaxşı başlayan meydan sahibləri bir neçə epizodda qola yaxın olub. 24-cü dəqiqədə Dabonun zərbəsi dirəkdən qayıdıb. Bununla belə hesabı qonaqlar açıb. 42-ci dəqiqədə yaponiyalı oyunçu Muto fərqlənib.

 

İkinci hissənin əvvələrində Ruslan Qurbanov "Qəbələ"nin cavab qolunu vurub. O, özünə qarşı kobudluğa görə təyin olunmuş penaltini dəqiq yerinə yetirib. Bundan 5 dəqiqə sonra Zenyov komandamızı önə keçirən qola imza atıb.

 

Ancaq Roman Qriqorçukun yetirmələri bu üstünlüyü sona kimi qoruya bilməyiblər. Əvvəlcə Con Kordoba, ardınca isə Levin Öztunalı topu qapıdan keçirərək "Maynts"a qələbə qazandırıblar.

 

Avropa Liqası

Qrup mərhələsi

II tur

C qrupu

 

“Qəbələ” – “Maynts” (Almaniya) - 2:3

Qollar: Ruslan Qurbanov, 57 (pen.), Zenyov, 62 - Muto, 42, Kordoba, 68, Levin Öztunalı, 78

 

Baş hakim: Gediminas Majeyka

Baş hakimin köməkçiləri: Vitautas Şimkus, Vitenis Kazlauskas

Dördüncü hakim: Vladimir Gerasimov

Əlavə köməkçi hakimlər: Sergeyus Sliva, Yuri Paskovski (hamısı Litva)

Hakim-inspektor: Levan Paniaşvili (Gürcüstan)

UEFA nümayəndəsi: Eugen Vesterink (Hollandiya)

Bakı. 8-ci km qəsəbə stadionu

 

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 6. Rəşad Sadiqov (k), 9. Sergey Zenyov, 10. Ruslan Qurbanov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 19. Filip Ozobiç, 20. Rikardinyo, 44. Rafael Santos
Ehtiyat oyunçular: 33. David Pietrzikeviç (q), 4. Elvin Camalov, 11. Asif Məmmədov, 13. Murad Musayev, 21. Roman Hüseynov, 30. Petar Franyiç, 34. Urfan Abbasov

Baş məşqçi: Roman Qriqorçuk

 

“Maynts”: 1. Yonas Lössl, 5. Xose Rodrides, 9. Yoşinori Muto, 10. Yunus Mallı, 16. Stefan Bell (k), 18. Daniel Brosinski, 20. Fabian Frey, 24. Qaëtan Bussmann, 27. Kristian Klemens, 32. Pablo De Blasis, 42. Aleksander Hak

Ehtiyat oyunçular: 33. Hut Yannik, 2. Donat Giulio, 8. Öztunalı Levin, 15. Kordoba Con, 21. Kərim Onisivo, 26. Bunqert Niko, 45. Sərdar Suat

Baş məşqçi: Martin Şmitd

 

 

1

Maynts

2

1

1

0

4-3

4

2

Anderlext

1

1

0

0

3-1

3

3

Sent-Etyenn

1

0

1

0

1-1

1

4

Qəbələ

2

0

0

2

3-6

0

 

0