[b]“Qarabağ” hazırdı - FOTOSESSİYA[/b]
28.09.2016 - 22:14
[b]“Qarabağ” hazırdı - FOTOSESSİYA[/b]

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin II turunda sabah səfərdə "Fiorentina" (İtaliya) klubunun qonağı olacaq. Apasport.az saytının məlumatına görə, təmsilçimiz bu gün oyunöncəsi son məşqinə çıxıb.

 

Son hazırlıq qarşılaşmanın keçiriləcəyi "Artemio Franki" stadionunda baş tutub və təxminən 1 saat davam edib. Məşqdə bütün futbolçular iştirak edib.

 

Qeyd edək ki, "Fiorentina" - "Qarabağ" matçı sabah Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

0