[b]Keçmiş “Qalatasaray”lı İspaniya yolunda[/b]
29.09.2016 - 00:13
[b]Keçmiş “Qalatasaray”lı İspaniya yolunda[/b]

İtaliyalı çalışdırıcı Çezare Prandelli karyerasını İspaniyada davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, məşhur baş məşqçi "Valensiya" ilə razılığa gəlib.

 

İspaniya klubunun yaxın günlərdə bu keçidi rəsmən açıqlayacağı gözlənilir.

 

Qeyd edək ki, İtaliya millisinin baş məşqçisi kimi məşhurlaşan Çezare bir müddət “Qalatasaray”da da çalışıb. 

0