[b]Kapitanın “Qarabağ”a qarşı oynamamağının səbəbi bəlli oldu[/b]
29.09.2016 - 10:30
[b]Kapitanın “Qarabağ”a qarşı oynamamağının səbəbi bəlli oldu[/b]

Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün “Qarabağ”ı qəbul edəcək “Fiorentina”nın iştirak ərizəsində Qonzalo Rodrigesin yer almamağının səbəbi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Florensiya klubunun kapitanı yüngül zədə alıb.

 

Məşqçilər korpusu əzələsi dartılan 32 yaşlı müdafiəçini “Torino” ilə çempionat oyununa kimi hazır vəziyyətə gətirmək arzusundadı. “Fiorentina”nın çalışdırıcısı Paulo Souza argentinalı futbolçunu “Qarabağ”a qarşı oynatmaqla riskə getmək istəməyib. Elə bu səbəbdən də Rodrigesin adı Ağdam klubu ilə matçın iştirak ərizəsinə daxil edilməyib.

 

Qeyd edək ki, “Artemio Franki” stadionunda keçiriləcək “Fiorentina” – “Qarabağ” matçı bu gün Bakı vaxtı ilə 21:00-da start götürəcək. 

0