[b]Norveç millisi Azərbaycanla oyunun heyətini açıqladı[/b]
29.09.2016 - 14:38
[b]Norveç millisi Azərbaycanla oyunun heyətini açıqladı[/b]

Norveç millisi DÇ-2018-in seçmə mərhələsində keçirəcəyi oyunlar üçün heyətini müəyyənləşdirib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, baş məşqçi Per Matias Hoqmo 22 futbolçuya dəvət göndərib.

 

Əvvəlcə oktyabrın 8-də Bakıda Azərbaycan millisinin qonağı olacaq norveçlilər 3 gün sonra Osloda San Marino yığmasını qəbul edəcəklər.

 

Dəvət alan futbolçulardan 7-si karyerasını İngiltərədə, 6-sı isə Almaniyada davam etdirir. Maraqlı məqam almanların müdafiə, ingilislərin isə yarımmüdafiə xəttində çoxluq təşkil etməsidi.

 

“Qəbələ”nin Avropa Liqasındakı rəqibi “Sent-Etyen” də Norveç yığmasına bir oyunçu göndərib. Belə ki, yarımmüdafiəçi Ole Kristian Selnes bu il 2 dəfə ölkəmizə səfər etməli olacaq. O, əvvəlcə oktyabrın 8-də Azərbaycan millisinə, noyabrın 3-də isə “Qəbələ”yə rəqib qısmındə Bakıda meydana çıxacaq.

 

Qapıçılar: Andre Hansen (“Rusenborq”), Rune Yarsteyn (“Herta”, Almaniya), Oryan Niland (“İnqolştadt”, Almaniya)

Müdafiəçilər: Haytam Aleesami (“Palermo”, İtaliya), Veqar Eggen Hedenstad (“Sankt Pauli”, Almaniya), Even Hovland (“Nürnberq”, Almaniya), Stefan Strandberq (“Hannover”, Almaniya), Yonas Svensson (“Rusenborq”)

Yarımmüdafiəçilər: Markus Henriksen (“Hall Siti”, İngiltərə), Ruben İtterqard Yenssen (“Qroningen”, Hollandiya), Stefan Yohansen (“Fulhem”, İngiltərə), Havard Nordtveyt (“Vest Hem”, İngiltərə), Martin Samuelsen (“Bləkbörn”, İngiltərə), Ole Kristian Selnes (“Sent-Etyen”, Fransa), Per Kilyan Skyelbred (“Herta”, Almaniya), Aleksander Tettey (“Norviç”, İngiltərə)

Hücumçular: Jo İnqe Berget (“Malmö”, İsveç), Adama Diomande (“Hall Siti”, İngiltərə), Tarik Elyunussi (“Olimpiakos”, Yunanıstan), Pol Andre Elland (“Rusenborq”), Joşua Kinq (“Bornmut”, İngiltərə), Aleksander Sorlot (“Qroningen”, Hollandiya).

 

Qeyd edək ki, Azərbaycan – Norveç matçı Bakı Olimpiya Stadionunda keçiriləcək.

0