[b]“Gözlədiyimiz kimi oldu” – Yunus Mallı[/b]
30.09.2016 - 00:30
[b]“Gözlədiyimiz kimi oldu” – Yunus Mallı[/b]

“Maynts”ın türk futbolçusu Yunus Mallı “Qəbələ” ilə oyundan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Oyun haqqında nə deyə bilərsiz?

- Burdan 3 xal aldığımız üçün çox xoşbəxtik. İkinci hissədə bir az çətin oldu, ardıcıl iki qol buraxdıq. Ancaq ondan sonra özümüzü topladıq və qalib gəldik.

 

- Oyun getdi, gəldi. Səncə dönüş nöqtəsi nə oldu?

- Dediyim ki, məğlub olduğumuz halda ruhdan düşmədik, irəli doğru təzyiq etdik. Ötürmələrdən yaxşı istifadə etdik, bu da bizə iki qol qazandırdı.

 

- “Qəbələ” necə təsir bağışladı, bir komanda olaraq?

- Öz çempionatlarında birinci yerdə gedir. Çətin olacağını bilirdik. Rəqib mövsümə əla başlayıb. 17 qol vurub, heç buraxmayıb. Bu səbəbdən çətinlik çəkəcəyimizi bilirdik və gözlədiyimiz kimi də oldu. Atmosfer də əla idi.

 

- Siz artıq “Sent Etyen”lə oynamısız. “Qəbələ” də növbəti matçı fransızlara qarşı keçirəcək. Sizcə şanslar nə qədərdi?

- Bu qrupda hər kəs hər kəsi məğlub edə bilər. Bugünkü kimi oynasa, “Qəbələ” “Sent Etyen”lə oyunda yaxşı nəticə qazana bilər. Ancaq biz öz oyunmuza baxmalıyıq. İki qarşılaşmadan 4 xal qazana bildik. Bizim üçün yaxşı başlanğıcdı.

 

- Son olaraq, Azərbaycan haqqında nə deyə bilərsən?

- Qardaş ölkədir. İlk dəfə gəlirəm. Bakı həqiqətən də gözəl şəhərdi. İnşallah bir gün gəzmək imkanı da olar.

0