[b]“Qarabağ”dan antirekord: 13 kluba 37 böyükhesablı[/b]
30.09.2016 - 00:46
[b]“Qarabağ”dan antirekord: 13 kluba 37 böyükhesablı[/b]

Avropa Liqasının qrup mərhələsinin II turunda “Fiorentina”ya 1:5 hesabı ilə uduzan “Qarabağ” Azərbaycan klublarının 37-ci ağır məğlubiyyətini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, qitə kuboklarında 1994-cü ildə debüt edən klublarımız bunadək 36 darmadağına üzülmüşdü.

 

13 müxtəlif komandamız azarkeşlərinə acınacaqlı üzüntü yaşadıb. “Qarabağ” antirekordçudu – 10 böyükhesablı məğlubiyyət. 6 dəfə uduzan “Neftçi” isə 2-cidi. “Kəpəz” isə 4 dəfə darmadağın yaşayıb.

 

Sonuncu böyükhesablı yenilgi 294 gün öncə yaşanıb. Ötən mövsüm qrupda “Qəbələ” “Krasnodar”a 0:3 hesabı ilə uduzub. Bu matç 2015-ci il dekabrın 10-da qeydə alınıb.

 

4 və ya daha çox top fərqi ilə son yenilgi ötən il noyabrın 5-də yaşanıb. 329 gün əvvəl “Qəbələ” Dortmundda “Borussiya”dan 4 cavabsız qol buraxıb.

 

Ən azı 5 top buraxdığımız son qarşılaşma isə 868 gün əvvəl qeydə alınmışdı. 2014-cü il iyulun 10-da “Makkabi” (Hayfa) “Xəzər Lənkəran”a 8 cavabsız qol vurmuşdu.

 

Avrokuboklardakı böyükhesabıı məğlubiyyətlər klublar üzrə

 

1. Qarabağ

10

2. Neftçi

6

3. Kəpəz

4

4-5. Şəmkir

3

Qəbələ

3

6-8. Bakı

2

Şəfa

2

Xəzər Lənkəran

2

9-13. Turan

1

Xəzri

1

Viləş

1

İnter

1

Simurq

1

 

 

0