[b]“Maynts”ın prezidenti “Qəbələ” ilə oyun haqda: Dönüş etməyi bacardıq[/b]
01.10.2016 - 10:43
[b]“Maynts”ın prezidenti “Qəbələ” ilə oyun haqda: Dönüş etməyi bacardıq[/b]

“Sevinirəm, xoşbəxtəm. Vacib qələbə qazandıq. Oyunun gedişində hesabda geri düşsək də, dönüş etməyi bacardıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Maynts” klubunun prezidenti Harald Ştruts deyib.

 

Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində “Qəbələ”nin qonağı olan Bundesliqa təmsilçisi Bakıdan 3:2 hesablı qələbə ilə qayıdıb.

 

Bu görüşlə bağlı Almaniya mətbuatına qısa açıqlama verən Ştruts sevinc hisslərini bölüşüb. O bildirib ki, “Maynts” Azərbaycan səfərindən qələbə ilə qayıtmaqla böyük iş görüb: “Artıq qrupda ilk qələbəmizə imza atdıq. Bu, mənəvi baxımdan komandaya çox faydalı olacaq. Qələbə ruhu müsbət məqamdı”.

 

Qeyd edək ki, “Maynts” qrupdakı növbəti görüşünü oktyabrın 20-də “Anderlext”ə qarşı keçirəcək. Almaniya klubunun “Qəbələ” ilə ikinci oyunu isə dekabrın 8-də baş tutacaq.  

0