[b]Şəhriyar Məmmədyarov turniri qələbə ilə başa vursa da...[/b]
07.10.2016 - 00:01
[b]Şəhriyar Məmmədyarov turniri qələbə ilə başa vursa da...[/b]

Rusiyanın paytaxtı Moskvada Mixael Talın xatirəsinə həsr olunmuş beynəlxalq turnir sona çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin lideri Şəhriyar Məmmədyarov mötəbər yarışın son oyununda Vladimir Kramniklə üz-üzə gəlib.

 

Qrossmeysterimiz turniri qələbə ilə başa vurub. “Şah”ın rusiyalı rəqibi 42-ci gedişdə məğlubiyyətlə barışmalı olub.

 

Qeyd edək ki, 9 oyundan sonra 4.5 xal toplayan Məmmədyarov yekun sıralamada 5-8-ci yerləri bölüşüb. Qalib isə, 6 xalla Yan Nepominayişi olub.

0