[b]PAOK Bakıya yola düşdü - FOTO[/b]
19.10.2016 - 11:34
[b]PAOK Bakıya yola düşdü - FOTO[/b]

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi PAOK Yunanıstan hazırlıqlarını başa vurub. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Saloniki təmsilçisi Bakıya yola düşüb.

 

Sabah III tur çərçivəsində Ağdam təmsilçisinin qonağı olacaq yunanıstanlılar Bakıya 25 futbolçu ilə gəlirlər. Baş məşqçi Vladimir İviç oyunöncəsi son məşqini bu gün paytaxtımızda keçəcək.

 

Qeyd edək ki, sabah saat 21:00-da başlayacaq “Qarabağ” – PAOK qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

0