[b]Qriqorçukun “Qəbələ” ilə 25-ci sınağı[/b]
19.10.2016 - 16:54
[b]Qriqorçukun “Qəbələ” ilə 25-ci sınağı[/b]

Avropa Liqasının sabah keçiriləcək “Sent-Etyen” – “Qəbələ” qarşılaşması təmsilçimizin baş məşqçisi Roman Qriqorçuk üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, 51 yaşlı ukraynalı mütəxəssis “qırmızı-qaralar”ı 25-ci dəfə avrokubok sınağına çıxaracaq.

 

İndiyədək 24 qitə miqyaslı matçda komandasına rəhbərlik edən Qriqorçuk ötən mövsüm 14, cari turnirdə 10 görüşdə iş başında olub.

 

Bu oyunlarda 8 qələbə qazanan “Qəbələ” 6 heç-heçə edib və 10 dəfə uduzub. Əyalət təmsilçisi ukraynalı çalışdırıcının rəhbərliyi altında keçirdiyi avrokubok qarşılaşmalarında 29 qol vurub, 31-ni buraxıb.

0