[b]Ronaldinyo Bakıya niyə gəlib?[/b]
19.10.2016 - 23:35
[b]Ronaldinyo Bakıya niyə gəlib?[/b]

Dünya şöhrətli futbolçu Ronaldinyo hazırda paytaxtımızdadı. Apasport.az saytının məlumatına görə, bu barədə futbolçu özü rəsmi instaqram səhifəsindən xəbər yayıb.

 

Bakıdan şəkil paylaşan məşhur braziliyalı “Bakıdakı şounun ilk günü” yazıb.

 

Paytaxt sakinlərindən bəziləri də ulduz oyunçu ilə şəhərdəki otellərin birindən fotolarını yayımlayıblar.

 

Hələlik veteran futbolçunun Bakıya niyə gəlməsi barəsində dəqiq məlumat olmasa da, onun şəxsi dəvət əsasında paytaxtımızı ziyarət etdiyi güman edilir.

0