[b]Yığmamızdan ikinci qələbə[/b]
20.10.2016 - 09:43
[b]Yığmamızdan ikinci qələbə[/b]

Serbiyada təlim–məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, millimiz Belqradın “Partizan” klubunun U-19 komandası ilə qarşılaşıb.

 

Vüqar Məmmədin yetirmələri 2:1 hesabı ilə qələbə qazanıb. Komandamızın qollarını Xaqani Sadıxov və Mutlu Aksu Doğan vurub.

 

Qeyd edək ki, yığmamız ilk oyununda “Voyvodina”nı 3:0 hesabı ilə məğlub etmişdi.

0