[b]Arsen Venger “Qarabağ”ın rəqibindən nə istəyir?[/b]
21.10.2016 - 16:57
[b]Arsen Venger “Qarabağ”ın rəqibindən nə istəyir?[/b]

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Fiorentina” qapıçısı Cakomo Satalino ilə vidalaşa bilər. Apasport.az saytı İtaliya mətbuatına istinadən xəbər verir ki, 17 yaşlı qolkiperə “Arsenal” “elçi düşüb”.

 

London klubunun skautları bir neçə ay Satalinonu izlədikdən sonra onun barədə əsas komandanın baş məşqçisi Arsen Vengerə məlumat veriblər. Fransalı çalışdırıcı da Cakomonun çıxışını bəyənib və rəhbərliklə söhbətində onun alınmasını tələb edib.

 

“Topçular” “Fiorentina” ilə rəhbərliyi ilə danışıqlara start veriblər. Onlar Satalinonu qış “transfer pəncərəsi”ndə heyətlərinə qatmaq arzusundadırlar. Florensiya təmsilçisinin baş məşqçisi Paulo Souza əvəzedici heyətdə çıxış edən Satalinonu əsas komandaya cəlb etmək fikrindən uzaqdı.

 

Qeyd edək ki, “Fiorentina” “Qarabağ”la öz meydanında keçirdiyi ilk matçda 5:1 hesablı qələbə qazanıb. 

0