[b]Yığmamız məğlub olmadığı rəqiblərlə üz-üzə[/b]
21.10.2016 - 18:45
[b]Yığmamız məğlub olmadığı rəqiblərlə üz-üzə[/b]

Avropa çempionatının seçmə mərhələsində çıxış edəcək Azərbaycan yığması bugünkü püşkatmada eyni qrupda yer aldığı komandalarla əvvəllər də görüşüb. Apasport.az saytının məlumatına görə, millimiz Macarıstanla iki, Bosniya və Herseqovina ilə bir dəfə üz-üzə gəlib. Üç belə oyunda komandamız məğlubiyyətlə üzləşməyib.

 

Sonuncularla yeganə qarşılaşma 3 il öncə keçirilib. 2013-cü il martın 28-dəki matçda millimiz 3:2 hesabı ilə qalib gəlib.

 

Macarlarla matçlarda isə qapılara 4 qol vurulur. 2000-ci il oktyabrın 27-də komandalar məhsuldar heç-heçə ilə razılaşıb – 2:2. AÇ-2010-nun final mərhələsində isə yığmamız meydan sahiblərindən güclü olub. 2010-cu il yanvarın 19-dakı qarşılaşmada 3:1 hesabı ilə üstün olmuşuq.

 

Qeyd edək ki, komandamızın növbəti rəqibi təsnifat mərhələsində müəyyənləşəcək.

0