“Barselona”da 4 ciddi itki
21.10.2016 - 23:26
“Barselona”da 4 ciddi itki

İspaniya La Liqasının IX turunda səfərdə “Valensiya” ilə qarşılaşacaq “Barselona”da heyətdəki itkilər diqqət çəkir. Apasport.az saytının məlumatına görə, katalonlar zədə səbəbindən 4 aparıcı oyunçusunu səfərə apara bilməyəcək.

 

Belə ki, “Mançester Siti” ilə Çempionlar Liqası matçında sıradan çıxan Xordi Alba və Pike, eyni zamanda Rafinyaya Arda Turan da qoşulub.

 

Türk ulduzun sağ dirsəyində problem olduğu üçün heyətə daxil edilməyib.

0