Qvardiolanın ilk anti-rekordu
23.10.2016 - 18:55
Qvardiolanın ilk anti-rekordu

İngiltərə Premyer Liqasının IX turunda “Sauthempton”la qarşılaşan “Mançester Siti” növbəti dəfə xal itkisi ilə üzləşib (1:1). Apasport.az saytının məlumatına görə, bununla da “şəhərlilər” ardıcıl 5-ci oyunda da 3 xala həsrət qalıblar.

 

Maraqlıdı ki, belə uğursuz nəticə ingilislərin ispan çalışdırıcısı Qvardiolanın karyerasında ilk belə uğursuz zolaqdı.

 

2009-cu ildən məşqçiliyə başlayan Pep bu müddətdə hələ belə seriya ilə üz-üzə qalmamışdı.

 

Bu müddətdə iki Çempionlar Liqası və üç Premyer Liqa oyunu keçirən “şəhərlilər” sonuncu dəfə “Suonsi”yə qalib gəlib (3:1 – 24.09.2016).

 

Daha sonra isə ardıcıl olaraq “Seltik” (ÇL, 3:3 – 28.09, 2016), “Tottenhem” (İPL, 0:2 – 02.10.2016), “Everton” (İPL, 1:1 – 15.10.2016) və “Barselona” (ÇL, 0:4 – 19.10.2016) ilə oyunlarda 3 xala həsrət qalıb.

0