[b]Millimizin Rumıniya sınağı[/b]
24.10.2016 - 10:10
[b]Millimizin Rumıniya sınağı[/b]

Sabah 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin VI qrupunda mübarizəyə start veriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin qüvvəsini sınadığı qrupun qarşılaşmaları Rumıniyada baş tutacaq.

 

Yığmamız meydan sahibləri, İngiltərə və Avstriya ilə mübarizə aparacaq. Vüqar Məmmədin baş məşqçisi olduğu komandamız elit-raunda vəsiqələrdən birinə sahib olmaq iddiasındadı.

 

Millimiz bunun üçün qrupda ilk iki yerdən birini tutmalıdı. Lakin 3-cü yer də komandamızı növbəti mərhələyə daşıya bilər. Bunun üçün qrup üçüncüləri arasında ən yaxşı nəticəyə malik 5 yığma sırasına düşmək lazımdı.

 

Bütün matçlarını Buftea şəhərində keçiriləcək millimizin ilk rəqibi İngiltərə olacaq. Sabahkı görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. İki gün sonra eyni saatda eyni stadiona çıxacaq komandamız Avstriya ilə üz-üzə gələcək.

 

Oktyabrın 30-da baş tutacaq son turdakı rəqibimiz Rumıniya millisi olacaq. Bu görüş saat 16:00-da start götürəcək.

 

17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi

VI qrup

 

I tur, 25 oktyabr

 

16:00. Rumıniya – Avstriya

Moqossoaya. RFF futbol mərkəzi

 

20:00. İngiltərə - Azərbaycan

Buftea. RFF futbol mərkəzi

 

II tur, 27 oktyabr

 

16:00. İngiltərə - Rumıniya

Moqossoaya. RFF futbol mərkəzi

 

20:00. Avstriya – Azərbaycan

Buftea. RFF futbol mərkəzi

 

III tur, 30 oktyabr

 

16:00. Azərbaycan – Rumıniya

Moqossoaya. RFF futbol mərkəzi

 

16:00. Avstriya – İngiltərə

Buftea. RFF futbol mərkəzi

 

0