[b]“Qızıl oğlan” mükafatının qalibi açıqlandı[/b]
24.10.2016 - 13:42
[b]“Qızıl oğlan” mükafatının qalibi açıqlandı[/b]

2016-cı ilin ən yaxşı gənc futbolçusunun adı müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, İtaliyanın “Tuttosport” qəzetinin təsis etdiyi “Qızıl oğlan” mükafatı öz yeni sahibini tapıb.

 

Söhbət AÇ-2016-nın qalibi adını qazanan, Portuqaliya yığmasının yarımmüdafiəçisi Renato Sançesdən gedir. O, 21 yaşa qədər futbolçular arasında bütün rəqiblərini qabaqlayaraq, bu ada layiq görülüb.

 

“Tuttospor”un 2003-cü ildən etibarən təqdim etdiyi bu mükafat ötən il Antoni Marsiala qismət olmuşdu.

 

Budəfəki “10-luq”da aşağıdakı adlar qərarlaşıb:

1. Renato Sançes (Portuqaliya, “Bavariya”)

2. Markus Reşford (İngiltərə, “Mançester Yunayted”)

3. Kinqsli Koman (Fransa, “Bavariya”)

4. Dele Alli (İngiltərə, “Tottenhem”)

5. Osman Dembele (Fransa, “Borussiya” Dortmund)

6. Canluici Donnarumma (İtaliya, “Milan”)

7. Leroy Sane (Almaniya, “Mançester Siti”)

8. Marko Asensio (İspaniya, “Real” Madrid)

9. Mahmud Daud (Almaniya, “Borussiya” Mönxenqladbax)

10. Keleçi İheanaço (Nigeriya, “Mançester Siti”)

 

0