[b]Baş katib bürünc medalla mükafatlandırıldı - FOTO[/b]
26.10.2016 - 15:25
[b]Baş katib bürünc medalla mükafatlandırıldı - FOTO[/b]

Beynəlxalq Gimnastika Federasiyası (FİG) aktiv fəaliyyətlərinə görə fəxri adlar və mükafatlara layiq görülən rəsmi şəxslərin adlarını açıqlayıb. Apasport.az Gimnastika Federasiyasının saytına istinadən xəbər verir ki, bu siyahıda həmyerlimiz də yer alıb.

 

Belə ki, FIG-nin Şurasına iki dəfə (2008 və 2012) üzv seçilmiş Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fərid Qayıbov bürünc mükafata layiq görülüb. O, 2013-cü ildə Avropa Gimnastika İttifaqının vitse-prezidenti seçildiyindən, FIG Şurasındakı fəaliyyətini dayandırmalı olub.

0