[b]Rəqibimiz itki ilə üzləşdi[/b]
08.11.2016 - 18:28
[b]Rəqibimiz itki ilə üzləşdi[/b]

Qadın voleybolçular arasında Polşa Orlenliqasında V turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində “Ximik” “Developres SkyRes” klubunun qonağı olub.

 

Qarşılaşa ev sahibləri üçün heç də yaxşı alınmayıb. Qonaqlar tay-brekdə qələbə qazanıblar – 3:2 (26:24, 25:16, 23:25, 21:25, 15:12).

 

Bu xal itkisindən sonra “Ximik” ikinci pillədə qərarlaşıb. Onlar 12 xala malik və lider olan “Lodz”dan 1 xal geri qalırlar.

 

Qeyd edək ki, “Ximik” Çempionlar Liqasının qrup mərhələsində “Telekom”un rəqibidi. Komandalar arasında ilk görüş yanvarda Azərbaycanda, bir ay sonra Polşada olacaq.

0