[b]Güləşçimiz haqqında ŞOK qərar: Olimpiya medalı əlindən alınır[/b]
17.11.2016 - 22:28
[b]Güləşçimiz haqqında ŞOK qərar: Olimpiya medalı əlindən alınır[/b]

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Pekin-2008 Yay Olimpiya Oyunlarında dopinq istifadə etdikləri üçün 16 idmançının nəticələrini ləğv edib. Apasport.az-ın qurumun saytına istinadən məlumatına görə, onların arasında iki azərbaycanlı atlet də var.

 

Ağır atlet Nizami Paşayev və yunan-Roma güləşçisi Vitali Rəhimovun qanlarında qadağan olunmuş turinabol maddəsinə rast gəlinib. BOK-un qərarına əsasən, hər iki idmançının dopinq testlərinin ikinci variantı da müsbət nəticə verdiyi üçün nəticələri keçərli sayılmayıb.

 

94 kq çəki dərəcəsində yarışan Paşayev Çinin paytaxtında 5-ci yeri tutmuşdu. Vitali isə 60 kq çəki dərəcəsində gümüş medal qazanmışdı. O, həm medalı, həm də diplomunu təhvil verməlidir.

 

Qeyd edək ki, hər iki idmançı artıq karyeralarını başa vurublar.

0