[b]“Avropa çempionatında qızıl medal qazanmaq istəyirəm” [/b]
18.11.2016 - 12:18
[b]“Avropa çempionatında qızıl medal qazanmaq istəyirəm” [/b]

“Dünya birinciliyini bürünc medalla başa vurduğum üçün sevincliyəm. Amma yarışı çempion kimi bitirmək istəyirdim”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin taekvondoçusu Ayaz Qənbərli (45 kq) deyib.

 

Kanadanın Burnabı şəhərində gənc taekvondoçular arasında dünya birinciliyində yığmamıza bürünc medal qazandıran idmançı təəssüratlarını Dünya Taekvondo Federasiyasının rəsmi saytı ilə bölüşüb. İngiliscə səlis danışan Qənbərli bildirib ki, yarımfinalda qızıl xalla məğlub olsa da, Avropa çempionatında onu qızıl medal qane edəcək: “Döyüşlərdən sonra da özümü çox yaxşı hiss edirəm. Artıq gələcəyə baxmaq lazımdı. Avropa çempionatında da özümü göstərmək, qızıl medal qazanmaq istəyirəm”. 

0