[b]Azərbaycan çempionu yığmamızdan imtina etdi[/b]
29.11.2016 - 12:07
[b]Azərbaycan çempionu yığmamızdan imtina etdi[/b]

Qadınlardan ibarət Azərbaycan millisinə baş məşqçi axtarışı davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan Voleybol Federasiyası hələlik təcrübəli mütəxəssislərdən hansınısa əsas komandamızda işləməyə razı sala bilməyib.

 

Onlardan konkret olaraq, Marçello Abbondanza müraciətə mənfi cavab verib. “Rabitə”ni Azərbaycan çempionu etmiş, hazırda Türkiyənin “Fənərbaxça” klubunu çalışdıran italiyalı bunu komandamızın zəif olması ilə əlaqələndirib.

 

Abondanza ilə yanaşı, bir neçə məşqçiyə də təklif göndərilib. Bunlar arasında vaxtı ilə ölkəmizdə işləmiş Draqutin Baltiç, Karlo Parisi kimi mütəxəssislər də var. 

0