[b]“Hamı “Formula-1” yarışlarını sevəcək” – Murad Dadaşov[/b]
29.11.2016 - 17:33
[b]“Hamı “Formula-1” yarışlarını sevəcək” – Murad Dadaşov[/b]

“Formula-1”sevərlər artıq ölkəmiz haqda ətraflı məlumata malikdilər. Abu-Dabidə də Bakıdakı yarışa gələnlər özləri Azərbaycanda olduqlarını dedilər və gələn il də bura səfər edəcəklərini söylədilər”. Bunu apasport.az saytına açıqlamasında Bakı Marşal Klubunun ulduz elçisi Murad Dadaşov deyib.

 

Əbu-Dabidə keçirilən “Formula-1” üzrə Qran-pridə Azərbaycan marşalları da iş başında olublar. Dadaşovun sözlərinə görə, həmyerlilərimizin trekboyu mühüm yerlərdə qərarlaşması çox gözəl hadisədi: “Marşallar olmasa, yarış da olmaz. Bu, şüardı. Mən bu işə başlayanda dedim ki, bunu insanların pulsuz etməsi ola bilməz. Hər halda, bunun pulla edilməyini düşünürdüm. Lakin həmişə soruşurdum ki, könüllü olmaqda əsas məsələ nədən ibarətdi? Bakıda və ya Abu-Dabidə olarkən, gördüm ki, insanlar hamısı birləşir, şəbəkə yaranır. Nəticədə insanlar belə yarışın bir parçası olmaq üçün şansa yiyələnirlər. Sevinirəm ki, marşallarımızdan 5 nəfəri Abu-Dabi Qran-prisində iştirak etdi. Trekdə mühüm bir yerdə idilər. Əminəm ki, Birləşmiş Ərəb Əmirliklərindən öncə Bəhreyndə də olan marşallarımızın sayı daha da artacaq”. 

 

O, gələcəkdə “Formula-1”in ölkəmizdə inkişafına inam ifadə edib. Dadaşov bunun üçün məsləhətlərini də verib. Şoumenin sözlərinə görə, əgər lazımı məkanlar açılarsa, bu idman növü Azərbaycanda daha da populyarlaşacaq: “Məsələn, Abu-Dabidəki yarış Birləşmiş Ərəb Əmirliklərdə yaşayan əmirlər üçün keçirilmirdi. Kifayət qədər turist gəlmişdi. İnanıram ki, Azərbaycanda da hər şey gözəl olacaq. Daha da inkişaf üçün bu idman növü üzrə məkanlar, kartinqlər də olmalıdı. Xüsusi proqram hazırlanmalıdı ki, bu işi sevən insanlar bundan faydalansınlar. Bununla yanaşı, bizdə bir trek olmalıdı. Hətta təlim üçün olsa belə. Bu zaman hamı “Formula-1” yarışlarına yavaş-yavaş alışacaq, onu sevəcək”.

 

0