[b]“Qrup birinciliyi üçün Azərbaycanla mübarizə aparacağıq” - FOTO[/b]
01.12.2016 - 18:23
[b]“Qrup birinciliyi üçün Azərbaycanla mübarizə aparacağıq” - FOTO[/b]

“Şübhəsiz ki, yaxşı qrupa düşmüşük. Qrupumuzda o qədər nəhəng komanda yoxdu”. Apasport.az saytının məlumatına görə, bunu Almaniya millisinin voleybolçusu Cennifer Girties deyib.

 

“Şveriner”in şərəfini qoruyan 22 yaşlı oyunçu Avro-2017-nin püşkünə münasibət bildirib. Girtiesin sözlərinə görə, A qrupunda Azərbaycan, Macarıstan və Polşa ilə oyunlar onlar üçün heç də çətin olmayacaq: “Qrupumuzda Serbiya və Hollandiya kimi rəqibin olmaması müsbət haldı. Qrup birincisi olmaq üçün Azərbaycan və Polşa ilə mübarizə aparacağıq”.

 

Qeyd edək ki, Avro-2017-yə Azərbaycan və Gürcüstan ev sahibliyi edəcək.

0