[b]“Qrupda 3-cü yeri tutsaq da, xoşbəxtik”[/b]
09.12.2016 - 17:40
[b]“Qrupda 3-cü yeri tutsaq da, xoşbəxtik”[/b]

“Qrupun son oyununda qol buraxmadan qələbə qazandıq. Bu bizi çox sevindirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Maynts”ın idman direktoru Ruven Şreder deyib.

 

Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində “Qəbələ”ni qəbul edən Almaniya təmsilçisi meydandan 2:0 hesablı qələbə ilə ayrılıb.

 

Matçdan sonra ölkəsinin mətbuatına açıqlama verən Şreder Avropa Liqasında iştirak etməklə, təcrübələrini bir qədər də artırdıqlarını bildirib: “Düzdü, yekunda qrupda 3-cü yeri tutduq, amma ümumilikdə xoşbəxt ola bilərik. Avropa Liqasında çıxış etmək bizə çox şey qazandırdı. Bundan sonra isə diqqətimizi Bundesliqaya yönəldəcəyik. Turnir cədvəlində irəliləmək lazımdı. Yenidən Avroliqaya vəsiqə əldə etmək bizim üçün pis olmazdı”.

 

Qeyd edək ki, bu komandaların Bakıda baş tutan görüşündə də “Maynts” qələbəni bayram etmişdi. Həmin görüşdə almanların 3:2 hesablı qalibiyyəti qeydə alınmışdı.

 

0