[b]Qran-pri: Yığmamız yarışı 1 qızıl medalla başa vurdu - YENİLƏNİB[/b]
10.12.2016 - 11:14
[b]Qran-pri: Yığmamız yarışı 1 qızıl medalla başa vurdu - YENİLƏNİB[/b]

Bakıda keçirilən taekvondo üzrə Qran-pri turnirinin final mərhələsi bu gün başa çatacaq. Apasport.az saytının məlumatına görə, yarışın sonuncu günündə daha 4 çəkinin qalibinin adına aydınlıq gələcək.

 

Bu çəki dərəcələrindən 3-də Azərbaycan da təmsil olunub. Lakin dayanq üzərinə çıxan taekvondoçularımız ilk döyüşdəcə uduzublar.

 

Kişilər

68 kq

Dünya reytinqində 12-ci yerdə qərarlaşan Ayxan Tağızadə ilk qarşılaşmasında cənubi koreyalı Seok-Bae Kimlə üz-üzə gəlib. Təəssüf ki, Avropa Oyunlarının qalibi startdaca büdrəyib. Həmyerlimiz 3:9 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.

 

+80 kq

Olimpiya çempionumuz Radik İsayevin yarışda debütü uğurlu alınmayıb. Öz çəkisinin lideri gözlənilmədən Roman Kuznetsova uduzub. Rusiyalı taekvondoçu 3:0 hesablı qələbə sayəsində mərhələ adlayıb.

 

Qadınlar

57 kq

Xanım taekvondoçuların mübarizəsində ölkəmizi təmsil edən Yaprak Eriş 1/8 finalda Hedaya Malakla (Misir) üz-üzə gəlib. Döyüş rəqibin üstünlüyü ilə keçib və idmançımız 2:14 hesabı ilə məğlub olub.

 

Beləliklə, yarışa 5 idmançı ilə qatılan millmiz turniri 1 qızıl medalla bitirib. Turnirin ilk günündə Milad Beiqi Harçeqani (80 kq) çıxışını çempionluqla başa vurub.

0