[b]25 xal[/b]
10.12.2016 - 14:14
[b]25 xal[/b]

Qadın voleybolçular arasında Yaponiya çempionatında növbəti turun görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Polina Rəhimovanın şərəfini qoruduğu “Toyota” “Toray”ın qonağı olub.

 

Görüş “avtomobilçilər”in qələbəsi ilə başa çatıb. “Toyota” rəqibinə cəmi 1 setdə güzəşt edib – 3:1 (29:27, 25:20, 25:27, 25:21). Rəhimova qarşılaşmada 25 xal toplayıb. O, bu xallardan 24-nü hücumda, 1-ni isə eyslə əldə edib. 

 

“Toyota” növbəti turda “Okayama” ilə qarşılaşacaq.

 

Qeyd edək ki, 12 oyundan sonra hesabında 17 xalı olan “Toyota” turnir cədvəlində yenə 5-ci yerdədi.

0