[b]“Çempionlar Liqasına qələbə ilə başlamaq çox vacib idi” - Famil Ağayev[/b]
16.12.2016 - 09:55
[b]“Çempionlar Liqasına qələbə ilə başlamaq çox vacib idi” - Famil Ağayev[/b]

“Biz qələbədən razı qaldıq. Bu qələbə ilə azarkeşlərimizi də sevindirdik”. Apasport.az saytının məlumatına görə, bunu “Azərreyl”in baş məşqçisi Famil Ağayev deyib.

 

Gənc mütəxəssis Çempionlar Liqasında debütündən danışıb. Polşanın “Dabrova Qornitsa” klubu üzərində 3:1 hesabı ilə qələbə qazanan baş məşqçi yetirmələrinin çıxışından razı qalıb: “Çempionlar Liqasına qələbə ilə başlamaq çox vacib idi. Güclü bir komandanı məğlub etdik. Voleybolçularımız əsl xarakter və komanda ruhu nümayiş etdirib, qələbə qazandılar”.

0