[b]Biri oynadı, biri yenə kənarda qaldı[/b]
26.12.2016 - 09:53
[b]Biri oynadı, biri yenə kənarda qaldı[/b]

Qadın voleybolçular arasında Türkiyə kubokuna start verilib.  Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Yana Kulanın şərəfini qoruduğu “Çanakkale Bld” ilk matçda “Bursa BŞB”nı qəbul edib.

 

Qarşılaşma təmsilçimizin komandasının qələbəsi ilə yekunlaşıb. “Çanakkale Bld” rəqibini 3:1 (25:21, 25:19, 23:25, 25:19) hesabı ilə məğlub edib. Kulan matçda 13 xal toplayıb.

 

Yanadan fərqli, millimizin blokçusu Kseniya Poznyak yenə meydana çıxmayıb. Voleybolçumuzun transferini rəsmiləşdirə bilməyən “Beşiktaş” “Halkbank”la qarşılaşıb və 0:3 (23:25, 20:25, 19:25) hesabı ilə uduzub.

 

Qeyd edək ki, komandalar arasında cavab oyunu dekabrın 28-də olacaq.

0