[b]“Özümüz üçün çox yaxşı nəticələr əldə edəcəyik” - Yelizaveta Səmədova[/b]
26.12.2016 - 14:30
[b]“Özümüz üçün çox yaxşı nəticələr əldə edəcəyik” - Yelizaveta Səmədova[/b]

“Biz başa düşürük ki, qarşıdakı oyunlarımız çox ağır olacaq. Amma var gücümüzlə çalışacağıq. Məşqlərdə səylə üzərimizdə işləyib, yaxşı nəticə qazanmaq istəyirik”. Apasport.az saytının məlumatına görə, bunu “Telekom”un voleybolçusu Yelizaveta Səmədova deyib.

 

Komandasının kapitanı Çempionlar Liqasında hədəflərindən danışıb. Səmədovanın sözlərinə görə, ilk matçda “Konegliano”ya uduzmalarına baxmayaraq, növbəti matçlarda özlərini yaxşı tərəfdən göstərəcəklər: “Bu oyunlarda gənc komanda yoldaşlarımız Olena Həsənova, Yana Əzimova, Marqarita Əzizova, Anastasiya Baydyuk, Anastasiya Bessonova, Ülkər Kərimova və Sladyana Mirkoviçə də güvənəcəyik. Əminəm ki, bu mövsümdə özümüz üçün çox yaxşı nəticələr əldə edəcəyik”.

 

Qeyd edək ki, “Telekom” II turda “Ximik”lə (Polşa) oynayacaq.

 

0