[b]Millimizin rəqibi baş məşqçisiz qaldı[/b]
27.12.2016 - 01:07
[b]Millimizin rəqibi baş məşqçisiz qaldı[/b]

Gələn il Bakıda keçiriləcək qadınlar arasında dünya çempionatının seçmə mərhələsində millimizin əsas rəqiblərindən olan Hollandiya yığması baş məşqçisiz qalıb. Apasport.az saytının məlumatına görə, “narıncılar”a rəhbərlik edən Covanni Quidetti istefa verib.

 

Türkiyənin “Vakıfbank” klubunu da çalışdıran italiyalı mütəxəssisin yaxın günlərdə qardaş ölkənin yığmasında da işləyəcəyi gözlənilir.

 

Bu barədə Türkiyə mətbuatı xəbər yayıb.

 

Qeyd edək ki, Hollandiya seçmə mərhələdə millimizin əsas rəqibi hesab olunur.

0