Asiyalılar klublar yığmasını məğlub etdi - FOTOSESSİYA
27.12.2016 - 18:27
Asiyalılar klublar yığmasını məğlub etdi - FOTOSESSİYA

Dekabrın 16-dan etibarən AFFA-nın Futbol Akademiyasında təlim-məşq toplanışında olan futzal üzrə Türkmənistan yığma komandası növbəti yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, asiyalılar Azərbaycan çempionatında çıxış edən klubların yığması ilə görüşüb.

 

Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb – 3:0. Bu, asiyalıların toplanış çərçivəsində keçirdiyi 5-ci matçda 3-cü qələbəsi olub.

 

Qeyd edək ki, “Araz”a 3:4 hesabı ilə uduzub, “Neftçi” ilə heç-heçə edən (5:5) Türkmənistan millisi “Yasamal”ı 8:3, “Xəmsə”ni 8:6 hesabı ilə məğlub edib.

0