[b]Təmsilçilərimiz ilk 20-likdə[/b]
30.12.2016 - 00:01
[b]Təmsilçilərimiz ilk 20-likdə[/b]

Qatarın paytaxtı Dohada şahmatın blitz növü üzrə dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan yarışda 5 şahmatçı ilə təmsil olunur.

 

Mundialın ilk günündə 12 tur oynanılıb. Şahmatçılarımızdan ən yaxşı nəticəni Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov göstərib. Hər iki zəka sahibinin aktivində 7.5 xal var. Onlar müvafiq olaraq 18 və 19-cu pillələrdə qərarlaşıblar.

 

Digər təmsilçilərimizdən Rauf Məmmədov 7 xalla 35-ci, Arkadi Naydiç 6.5 xalla 42-ci, Sərxan Həşimov isə 3 xalla 106-cı pillədə yer alıb.

 

Qeyd edək ki, çempionatda ümumilikdə 108 şahmatçı mübarizə aparır.

0