[b]Voleybolumuzun sabahı – 0[/b]
03.01.2017 - 16:14
[b]Voleybolumuzun sabahı – 0[/b]

Beynəlxalq Voleybol Federasiyası (FİVB) aşağı yaş qrupları üzrə milli komandaların reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, yığmalarımız cədvəldə autsayderlər arasında yer alıblar.

 

Belə ki, aşağı yaş qrupları arasında yalnız 20 yaşadək qızlardan ibarət komandamız digərlərindən az da olsa fərqlənib. Aktivində cəmi 2 xalı olan millimiz 42-65-ci yerləri bölüşürlər.

 

Onlarla müqayisədə digər yığmalarımız heç 1 xala da malik deyillər və turnir cədvəlində sonuncudular. Voleybolumuzun sabahı hesab olunan U-18-də qızlar oğlanlardan öndədi. Komandalarımız müvafiq olaraq, 66-114-cü və 69-123-cü pilləri bölüşürlər.

 

Oğlanlardan ibarət U-20 yığmamız 66-127-ci, U-23 komandamız 43-68-ci yerlərə şərikdi. 23 yaşadək millimiz isə 34-62-ci pillələri bölüşür.

 

Qeyd edək ki, FİVB bütün siyahılarda Azərbaycanı göstərsə də, bəzi yaş qrupları üzrə yığmamız yoxdu.

0