[b]Millimiz yenə qalib gələ bilmədi - YENİLƏNİB[/b]
11.01.2017 - 14:51
[b]Millimiz yenə qalib gələ bilmədi - YENİLƏNİB[/b]

FİFA-nın birinci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan XXIX beynəlxalq turnirdə II turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 2-ci sınağına çıxıb.

 

Komandamızın Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan ənənəvi beynəlxalq yarışdakı rəqibi Qazaxıstan olub. İlk turda “basketbol ölkəsi” olan Litvaya 1:2 hesabı ilə uduzan Təbriz Həsənovun yetirmələri 1-8-ci yerlər uğrunda mübarizəni davam etdirmək üçün mütləq xal əldə etməli idi.

 

Qarşılaşmada hesabı Qazaxıstan açsa da, fasilə ərəfəsində Rafael Məhərrəmli bərabərlik qolunu vurub. İkinci hissənin əvvəlində rəqib yenidən önə keçib. Buna baxmayaraq, sona 8 dəqiqə qalmış bu dəfə Fərid Nəbiyev səhnəyə çıxıb və yığmamıza 1 xalı qazandıran qola imza atıb - 2:2.

 

 

FİFA-nın birinci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan XXIX beynəlxalq turnir

II tur, C qrupu


Qazaxıstan – Azərbaycan - 2:2

Qollar: Dinmuxammed Kaşken, 18 (p.), Danil Kuznetsov, 53 - Rafael Məhərrəmli, 45+2, Fərid Nəbiyev, 82

Hakimlər: Vasili Tixonov, Andrey Runov, Sergey Yadrov, Denis Savin (hamısı Rusiya)

Hakim-inspektor: Nikolay İvanov (Rusiya)

Peterburq Idman Konsert Kompleksi

Qazaxıstan: 1. Danil Ustimenko, 11. Yerasil Amanjol, 15. Dinmuxammed Kaşken, 12. Danil Kuznetsov, 5. Talqat Kusyapov, 21. Muxit Jakşik, 10. Qavril Kan, 7. Aydos Oral, 22. Janali Payruz, 6. Darın Sayunov, 9. Erkebulan Şaydaxmet

Ehtiyat oyunçular: 18. Vladislav Sazonov, 2. Sanjar Aytım, 3. Sanjar Batırxanov, 13. Saqadat Tursunbay, 8. Sultanbek Astanov, 17. Batır Kudayberdınov, 19. Lev Skvortsov, 14. Alibi Tuzakbayev, 20. Aleksandr Usaçёv

Baş məşqçi: Aleksandr Kuznetsov

Azərbaycan: 1. Murad Popov, 2. Mətin Gülər, 5. Rəhman Daşdəmirov, 3. Ricat Qarayev, 14. Hüseyin Seyliğli, 8. Süleyman Əhmədov, 18. Rafael Məhərrəmli, 10. Pilağa Mehdiyev, 7. Fərid Nəbiyev. 11. Barış Ekincier, 9. Doğukan Öksüz

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 17. Murad Qayalı, 13. Yusif Həsənov, 6. İbrahim Qədirzadə, 16. Əli Sadıxov, 20. Bahadur Həziyev, 19. İbrahim Əliyev, 4. İsmail Karakaş, 15. Ceyhun Muxtarlı

Baş məşqçi: Təbriz Həsənov

 

 

0