[b]“Fənərbaxça” ilə oyuna “svejiy” çıxacağıq” - Ayşən Abduləzimova[/b]
11.01.2017 - 14:43
[b]“Fənərbaxça” ilə oyuna “svejiy” çıxacağıq” - Ayşən Abduləzimova[/b]

“Azərreyl”in voleybolçusu Ayşən Abduləzimovanın apasport.az saytına müsahibəsi

 

- Bu gün Çempionlar Liqasının II turu çərçivəsində “Fənərbaxça” ilə qarşılaşacaqsız. Oyun barədə nə deyə bilərsiz?

- Fikrimcə, bizim üçün asan olmayacaq. Rəqib uzun müddətdi avrokubok təcrübəsinə malikdi və hazırda da çox yaxşı formadadı, güclüdü. Amma biz də oyuna lazımınca hazırlaşmışıq. “Fənərbaxça”nın zəif və güclü nöqtələrini demək olar ki, öyrənmişik. Bundan da yararlanmağa çalışacağıq.

 

- Azərbaycan Super Liqasında müəyyən müddətdi fasilə yaranıb. Necə fikirləşirsiz, bu, “Azərreyl”in xeyrinə, yoxsa ziyanına işləyə bilər?

- Hər ikisini demək olar. Yəni, təcrübə baxımından oyun keçirmək faydalıdı. Amma digər tərəfdən çempionatda oynasaydıq, bəlkə bir az yorğun olardıq. Belə halda isə meydana “svejiy” çıxacağıq.

 

- İstanbul klubu nədə güclüdü? Sizcə onları nəyin, hansı taktikanın hesabına məğlub etmək olar?

- “Fənərbaxça” çox güclü, dünya səviyyəsində tanınmış ulduzlara malikdi. Bu səbəbdən də istənilən rəqibə qarşı layiqli müqavimət göstərirlər. Fikrimcə, qalib gəlmək üçün topu oyuna daxiletmədə daha inamlı olmalıyıq. Servislərimiz nə qədər güclü olsa, rəqibə bir o qədər çətinlik yaradacağıq.  

 

- “Fənərbaxça” arzularınızın komandasıdı. Ola bilərmi, “sarı-lacivərdlilər”ə qarşı tam fərli oynayasız?

- Mən bütün oyunlarda özümü yaxşı tərəfdən göstərməyə çalışıram. Bu, “Fənərbaxça” ilə oyunda da maksimum olacaq. 

0