[b]“Həmin tərbiyəsizliyin hesabını məhşərdə istəyəcəm” - Əmrə Bəlözoğlu[/b]
11.01.2017 - 15:15
[b]“Həmin tərbiyəsizliyin hesabını məhşərdə istəyəcəm”  - Əmrə Bəlözoğlu[/b]

“Trabzonspor”la qarşılaşmada Zokora ilə aramda yaşananlara gəlincə, bu komandanın azarkeşlərindən həmin tərbiyəsizliyin hesabını məhşərdə istəyəcəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyə millisinin sabiq futbolçusu Əmrə Bəlözoğlu deyib.

 

“İstanbul Başakşehir”in kapitanı verdiyi geniş müsahibədə karyerasının qalmaqallı hadisələrinə toxunub. O, “Trabzonspor”la görüşdə baş verənləri hələ də unutmadığını və yaşananları rəqib fanatlara bağışlamayacağını qeyd edib: “Buna baxmayaraq, Trabzonu çox sevirəm. Bəllə də Zokora üzündəndi. O məni, mən də onu söydüm. Sonra qucaqlaşıb, sarıldıq. Sonradan ona istədiklərini dedirtdilər. Əgər onu belə çox sevirlərsə, gətirib baş məşqçi qoysunlar da”.

0