[b]Kim çempionumuzu topla “döydü”[/b]
12.01.2017 - 09:40
[b]Kim çempionumuzu topla “döydü”[/b]

Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Fənərbaxça” (Türkiyə) - “Azərreyl” (Azərbaycan) matçının statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakı klubunun biabırçı hesabla uduzduğu görüşün ən dəyərli oyunçusu Yeon-Kounq Kim seçilib.

 

Rəqibin koreyalı ulduzu “dəmiryolçular”ı 22 dəfə cəzalandırmaqla, ən yaxşı hücumçu da olub. Kim digər nominasiyalarda da Azərbaycan çempionuna “dərs” keçib. O, blokda (4) və topu oyuna daxil etmədə (4) də bütün voleybolçuları arxada qoyub.

 

5 nominasiyadan yalnız birində “Azərreyl”in voleybolçusu Valeriya Korotenko fərqlənib. O, ancaq müdafiə olunan komandamızda ən yaxşı top qəbuluna görə seçilib.

 

Famil Ağayevin yetirmələri arasında isə ən çox xal yığan Tatyana Bokan olub. Çernoqoriyadan olan legioner cəmi 7 dəqiq zərbə vurub.

 

Hələ də optimal heyət axtarışında olan və bəzən təcrübəsizlikdən səhv əvəzləmələrlə diqqət çəkən gənc Famil Ağayevin meydana buraxdığı digər oyunçulardan Yekaterina Jidkova 5, Edina Dobi ilə Malika Kanzonq hərəyə 4, Aynur Kərimova 2, Şəfaqət Həbibova, Anastasiya Qurbanova, Ayşən Abduləzimova və Danitsa Radenkoviç hərəyə 1 xal yığıblar.

 

Qeyd edək ki, “Azərreyl” 0:3 (25:12, 25:19, 25:9) hesabı ilə uduzub.

 

0