[b]Yığmamızın 4 il sonrakı sabitliyi[/b]
12.01.2017 - 14:21
[b]Yığmamızın 4 il sonrakı sabitliyi[/b]

Bu gün açıqlanan FİFA reytinqində dünyanın 90-cı komandası olan Azərbaycan millisi ardıcıl 3-cü dəfə bu mövqedə qalıb. Apasport.az saytının məlumatına görə, yığmamızın eyni mövqedə ən azı bu qədər duruş gətirməsi sonuncu dəfə 4 il öncə qeydə alınıb.

 

Amma həmin vaxt komandamız 90-cı deyil, 28 pillə aşağıda möhkəmlənib. 2012-ci ilin dekabrında 118-ci pillədə yer alan millimiz 2013-cü ilin ilk iki ayında da eyni mövqedə qalıb.

 

Yığmamızın sabitlik rekordu isə 2005-ci ilə təsadüf edib. Həmin vaxt komandamız nə az, nə çox – 6 ay eyni yerdə duruş gətirib. Martda 116-cı olan millimiz sentyabrda da o vaxtadək qoruduğu həmin mövqedə qərarlaşıb.

0