[b]Azərbaycan millisi: 2 oyun silindi, 2 xal qazandı[/b]
12.01.2017 - 14:44
[b]Azərbaycan millisi: 2 oyun silindi, 2 xal qazandı[/b]

FİFA milli komandaların reytinq siyahısını bu gün açıqlasa da, artıq növbəti cədvəl haqda müəyyən fikirlər söyləmək olar. Apasport.az saytının məlumatına görə, siyahının dərc olunacağı fevralın 9-dək heç bir rəsmi matça çıxmayacaq yığmaların hesabında neçə xal olacağı indidən bəllidi.

 

Azərbaycan millisi də hesablanacaq 4 həftədə meydana çıxmayacaq. Bu isə o deməkdi ki, yığmamızın 28 gündən sonra neçə xala malik olacağı məlumdu.

 

Hazırda 386 xalla dünyanın 90-cısı olan Robert Prosineçkinin yetirmələrinin aktivi dəyişməz qalmayacaq. İlk baxışdan bu rəqəmin 386-da qalacağı təsiri yaransa da, belə olmayacaq.

 

Çünki millimiz son əsas götürülən son 4 ildə yanvarın 12-dən fevralın 9-dək olan müddətdə matç keçirib. Söhbət 2013-cü ilin fevralındakı toplanış zamanı baş tutan qarşılaşmalardan gedir.

 

Ayın 1-də Özbəkistanla qolsuz heç-heçə edib, 6-da Lixtenşteyni 1:0 hesabı ilə yenən komandamız Dubay hazırlıqlarını kifayət qədər müsbət nəticələrlə başa vurmuşdu. Bugünkü cədvəldə həmin nəticələr əksini tapsa da, gələn ay hesablanmada bu qələbə və heç-heçə nəzərə alınmayacaq.

 

İki nəticəmizin hesabdan silinməsi isə xeyrimizə olacaq. Bu, millimizə 2 xal qazandıracaq. Növbəti cədvəldə komandamızın 388 xala malik olacağı dəqiqdi. Bu qazanc həmin iki matçın statusunun və rəqiblərin reytinqinin aşağı olması ilə bağlıdı.

 

Lakin 388 xallı millinin neçənci pillədə qərarlaşacağını söyləmək, hətta proqnoz vermək qeyri-mümkündü. Çünki bu 28 gündə xeyli sayda oyun, o cümlədən Afrika Millətlər Kubokunun final mərhələsi keçiriləcək. Bir çox komandanın, xüsusilə də cədvəldəki qonşularımızın xal hesabının dəyişməsi proqnozlar üçün hələlik tez olduğunu göstərir.

 

0