[b]“Donor qanı Eddidən asılıdırsa, cəhənnəmə gedəcəyik”[/b]
12.01.2017 - 16:05
[b]“Donor qanı Eddidən asılıdırsa, cəhənnəmə gedəcəyik”[/b]

Eddi İsrafilov Azərbaycan yığmasında olduğu kimi, İspaniyanın “Kadiz” klubunda da ümidləri doğrultmur. Apasport.az saytının məlumatına görə, bu səbəbdən Sequnda təmsilçisinin əksər azarkeşləri 24 yaşlı yarımmüdafiəçini sevimli komandalarında görmək istəmirlər.

 

Bunu İsrafilovun “twitter” səhifəsində yazılan son şərhlərdən anlamaq mümkündü. Düzdü, millimizin üzvünün tərəfini saxlayanlar da var. Amma onlar Eddini bəyənməyənlərlə müqayisədə çox azdı. İsrafilovun oyunu ilə yanaşı, əvvəlki klubu “Eybar”dakı komanda yoldaşları - Antonio Luna və Serxi Enriçin iştirakı ilə porno videonu internetə sızdırması da tənqid edilib.

 

Azarkeşlərin son 2 həftə ərzində İsrafilovun “twitter” səhifəsində yazdıqları ən maraqlı şərhləri sizə təqdim edirik...

 

- Eddi meydana daxil olandan bəri “Kadiz” yarımmüdafiənin mərkəzini “itirib”.

 

- Eddi vəhşidi.

 

- Mən sevdim, o, yarımmüdafiədə işini yaxşı görməsi ilə tanınacaq.

 

- Eddidə müsbət tərəfləri görmək istəyirəm, amma bunu bacarmıram. Çünki o, çox pis futbolçudu.

 

- Əgər donor qanı Eddi və Ruben Kruzdan asılıdısa, cəhənnəmə gedəcəyik.

 

- Eddi həyatımda gördüyüm ən vəhşi adamdı.

 

- Mən doğma meydandakı və Eddinin çıxış etdiyi bu cür oyundan iyrənirəm.

 

- Eddi İsrafilov. Kim deyirdi ki, o, “Kadiz” səviyyəsində oyunçudu? Artıq satışdadı!

 

- Eddi meydanda vəhşi kimi davranır. Bizə isə əsl mərkəz yarımmüdafiəçisi lazımdı.

 

- Ümid edirəm ki, hər kəsin ağzını bağlaya biləcəksən.

 

- Eddi Silvestre komanda yoldaşının porno videosunu yayıb. Bu, biabırçılıqdı.

 

0