[b]Saşa Stamenkoviç “Neftçi”nin formasını geyinib, qalmaqal yaratdı[/b]
13.01.2017 - 10:20
[b]Saşa Stamenkoviç “Neftçi”nin formasını geyinib, qalmaqal yaratdı[/b]

“Neftçi”nin sabiq qapıçısı Saşa Stamenkoviç çıxış etdiyi Qazaxıstanda ciddi tənqidlə üzləşib. Apasport.az saytının məlumatına görə, UEFA zonasında çıxış edən asiyalılar serbiyalını Azərbaycan klubuna sevgidə ittiham edir.

 

Belə ki, “Okjetpes” klubunda çıxış edən əlcək sahibi hələ də “ağ-qaralar”ın formasını geyinir. Türkiyədə təlim-məşq toplanışında olan Qazaxıstan təmsilçisinin legioneri məşq prosesində də “Neftçi” forması ilə meydana çıxır.

 

Sabiq komandasının geyimi ilə poza verməkdən də çəkinməyən Saşanın bu hərəkəti Qazaxıstan mətbuatında da qıcıq yaradıb. Onlar Stamenkoviçin komandaları səhv saldığını, çıxış etdiyi klubdan çox “Neftçi”ni sevdiyini qabardır.

 

Qeyd edək ki, Saşa 2011-15-ci illərdə Bakı klubunda çıxış edib.

0