[b]“Neftçi” Abışovun transferi üçün nə qədər təzminat ödəyib?[/b]
13.01.2017 - 11:00
[b]“Neftçi” Abışovun transferi üçün nə qədər təzminat ödəyib?[/b]

“Neftçi”nin Ruslan Abışovun transferi üçün “İnter”ə ödədiyi pulun məbləği müəyyənləşib. Apasport.az saytının əldə etdiyi məlumata görə, 29 yaşlı futbolçunun “bankirlər”lə müqaviləsi qalsa da, “ağ-qaralar” qarşı tərəfə təzminat ödəyərək, bu transferi həll ediblər.

 

Belə ki, “Neftçi” rəhbərliyi “İnter”i razı salmaq üçün 150 min manat xərcləyib. Bundan sonra “bankirlər” Ruslan Abışovun gedişinə icazə veriblər. Maraqlıdı ki, “İnter” “Qarabağ”a keçən digər futbolçusu Ağabala Ramazanova görə isə qarşı tərəfdən təzminat tələb etməmişdi. Məlumatı klub rəhbərliyi də təsdiqləmişdi.

 

Qeyd edək ki, yığma komandanın da üzvü olan Ruslan Abışov “Neftçi” ilə 1,5 illik müqavilə imzalayıb.

 

 

0