[b]“Yagelloniya”nın bombardiri Azərbaycana gəlir[/b]
13.01.2017 - 13:36
[b]“Yagelloniya”nın bombardiri Azərbaycana gəlir[/b]

Polşa çempionatının lideri “Yagelloniya” estoniyalı futbolçusu Konstantin Vasilyev karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, iki mövsümdü yarımmüdafiəçinin çıxış etdiyi komanda da onunla vidalaşmağa hazırdı.

 

Buna səbəb Vasilyevin Azərbaycan və Qazaxıstandan cəlbedici təkliflər almasıdı. Cari mövsümdə vurduğu 10 qolla komandasının ən yaxşı bombardiri olan yarımmüdafiəçi daha yüksək maaş tələb edir.

 

Ayda 20-30 min avro istəyən futbolçunun tələbləri ilə ayaqlaşa bilməyən “Yagelloniya” isə estoniyalıya indiki şərtlərlə müqavilə təklif edib. Konstantin isə bu təklifləri qəbul etməyib və Azərbaycanla Qazaxıstan variantlarını gözdən keçirir. Lakin futbolçu yalnız yayda ölkəmizə transfer edilə bilər. Müqaviləsi yayda başa çatacaq estoniyalı həmin vaxt daha yüksək maaş dalınca yollanmaqda israrlıdı. Lakin Vasilyev və agentləri ona maraq göstərən Azərbaycan klubunun adını açıqlamır.

 

Qeyd edək ki, Vasilyev Estoniya millisində 93 oyunda 22 qol vurub.

0