[b]Afrika Millətlər Kuboku start götürür – təqvim[/b]
13.01.2017 - 17:37
[b]Afrika Millətlər Kuboku start götürür – təqvim[/b]

Sabah Afrika Millətlər Kuboku – 2017-yə start veriləcək. Apasport.az saytının məlumatına görə, qitənin ən böyük turnirlərindən sayılan yarışda 16 komanda mübarizə aparacaq.

 

Qabonda baş tutacaq və fevralın 5-nə qədər davam edəcək turnirdə komandalar 4 qrup üzrə yarışacaqlar. Qrupları ilk iki sırada tamamlayacaq yığmalar adlarını 1/4 finala yazdıracaqlar.

 

Bir neçə tanınmış sima turnirdə iştirakdan imtina etsə də, ulduz futbolçuların əksəriyyəti millisinin formasını geyinəcək. Onlar arasında Afrikada ötən ilin ən yaxşı futbolçusu seçilən Riyad Mahrez, həmçinin Pyerr-Emerik Obameyanq, Mohamed Salah və Sadio Manenin adı xüsusi diqqət çəkir. Maraq doğuran digər məqam son çempion Fil Dişi Sahili yığmasının həmin uğurunda önəmli pay sahibi olmuş Herve Renardın bu dəfə Misir millisinin “sükanı arxası”nda olmasıdı.

 

Yarışın əsas favoriti bir neçə ulduz futbolçusu olan Əlcəzair yığması hesab edilir. Onlara əsas rəqib kimi isə Qana, Fil Dişi Sahili, Seneqal və Kamerun göstərilir.

 

Turnirin final matçı fevralın 5-də Qabonun paytaxtı Librevill şəhərində yerləşən “De Lamitie Sino” stadionunda keçiriləcək.

 

 

Qrupların tərkibi

A qrupu: Qabon, Burkina Faso, Kamerun, Qvinea-Bissau

B qrupu: Əlcəzair, Tunis, Seneqal, Zimbabve

C qrupu: Fil Dişi Sahili, Konqo DR, Mərakeş, Toqo

D qrupu: Qana, Mali, Misir, Uqanda

 

 

Təvqim

 

Qrup mərhələsi

14 yanvar

20:00. Qabon – Qvinea-Bissau

23:00. Burkina Faso – Kamerun

 

15 yanvar

20:00. Əlcəzair – Zimbabve

23:00. Tunis – Seneqal

 

16 yanvar

20:00. Fil Dişi Sahili – Toqo

23:00. Konqo DR – Mərakeş

 

17 yanvar

20:00. Qana – Uqanda

23:00. Mali - Misir

 

18 yanvar

20:00. Qabon – Burkina Faso

23:00. Kamerun – Qvinea-Bissau

 

19 yanvar

20:00. Əlcəzair – Tunis

23:00. Seneqal – Zimbabve

 

20 yanvar

20:00. Fil Dişi Sahili – Konqo DR

23:00. Mərakeş – Toqo

 

21 yanvar

20:00. Qana – Mali

23:00. Misir - Uqanda

 

22 yanvar

23:00. Kamerun – Qabon

23:00. Qvinea-Bissau – Burkina Faso

 

23 yanvar

23:00. Seneqal – Əlcəzair

23:00. Zimbabve – Tunis

 

24 yanvar

23:00. Mərakeş - Fil Dişi Sahili

23:00. Toqo – Konqo DR

 

25 yanvar

23:00. Misir – Qana

23:00. Uqanda – Mali

 

1/4 final mərhələsi

28 yanvar

1. 20:00. A qrupunun 1-cisi – B qrupunun 2-cisi

2. 23:00. B qrupunun 1-cisi – A qrupunun 2-cisi

 

29 yanvar

3. 20:00. C qrupunun 1-cisi – D qrupunun 2-cisi

4. 23:00. D qrupunun 1-cisi – C qrupunun 2-cisi

 

Yarımfinal mərhələsi

1 fevral

5. 23:00. 1-ci cütün qalibi – 4-cü cütün qalibi

 

2 fevral

6. 23:00. 2-ci cütün qalibi – 3-cü cütün qalibi

 

3-cü yer uğrunda

4 fevral

7. 23:00. 5 və 6-cı cütlərin məğlubları

 

FİNAL

5 fevral

8. 23:00. 5 və 6-cı cütlərin qalibləri

 

Qeyd: oyunların başlama saatları Bakı vaxtı ilə göstərilib.

0