[b]Kamran Ağayev Portuqaliyada da dinc durmur[/b] -[b] VİDEO[/b]
15.01.2017 - 00:00
[b]Kamran Ağayev Portuqaliyada da dinc durmur[/b] -[b] VİDEO[/b]

Kamran Ağayev “Benfika” – “Boavişta” oyunundan sonra diqqət mərkəzində olub. Apasport.az saytının məlumatına görə, çılğın xarakteri ilə tanınan və qalmaqalları ilə tez-tez gündəmə gələnə millimizin qapıçısı matç başa çatan kimi rəqib futbolçularla dava-dalaşa çıxıb.

 

Belə ki, oyunun 75-ci dəqiqəsi gedərkən vaxtı uzatdığı üçün sarı vərəqə ilə cəzalandırılan “çərçivə qoruyucusu” “qartallar”ın bir neçə üzvünün narazılığı ilə qarşılaşmışdı.

 

Hakimin final fitindən sonra isə “Benfika”nın ehtiyat oyunçular skamyasından deyilən hansısa bir söz Kamranın özündən çıxmasına səbəb olub. Rəqib futbolçularla əlbəyaxa davaya çıxmaq istəyən Ağayevi Emin Mahmudov və digər komanda yoldaşları birtəhər sakitləşdirə biliblər.

 

İnsidentin baş vermə səbəbi isə bilinmir.

0