“Real” İsveç tarixinə düşmüş futbolçunu alır
15.01.2017 - 15:06
“Real” İsveç tarixinə düşmüş futbolçunu alır

“Real” İsveçin AİK klubunun hücumçusu Aleksandr İsakı transfer edir. Apasport.az saytının məlumatına görə, İsveçdə “ikinci İbrahimoviç” adlandırılan futbolçu gələn həftə “Real”la müqavilə bağlayacaq.

 

İsak yanvarın 18-də Madridə gedərək, müqavilə şərtlərini razılaşdıracaq.

 

Ancaq “kral klubu” futbolçunu yalnız yayda sifariş edə biləcək. FİFA-nın “Real”a tətbiq etdiyi transfer qadağasına görə “kral klubu” qışda futbolçu sifariş verə bilməz.

 

Qeyd edək ki, İsak İsveç yığmasında 2 oyun keçirib, 1 qol vurub. O, yığmada qol vuran ən gənc futbolçu kimi İsveç futbolunun tarixinə düşüb.

0