“Bavariya”dan gələcəyə doğru iki addım
15.01.2017 - 17:27
“Bavariya”dan gələcəyə doğru iki addım

Almaniya nəhəngi "Bavariya" heyətini iki yeni futbolçu ilə gücləndirib. Apasport.az saytının məlumatına görə, Münhen klubu “Hoffenhaym”dan Sebastian Rudi və Niklas Süleni transfer edib.

 

Hər iki futbolçu Almaniya millisinin üzvüdü.

Amma hər iki futbolçu mövsümün sonuna qədər “Hoffenhaym”da olacaq. Onlar mövsüm başa çatandan sonra "Bavariya"nın düşərgəsinə qatılacaqlar.

 

Qeyd edək ki, “Bavariya” Rudi ilə 2020, Süle ilə isə 2022-ci ilə qədər nəzərdə tutulan müqavilə bağlayıb.

0